Xəbərlər 18.04.2025 00:05 82

“Qlobal Cənub QHT Platformasının təsisatlandırılması” mövzusunda görüş keçirilib

COP29 QHT Koalisiyası “Qlobal Cənub QHT Platformasının təsisatlandırılması” mövzusunda hibrid görüş keçirib. Tədbirdə Azərbaycanın COP29-a uğurlu sədrliyi və “Bakı dönüşü”nün tarixi əhəmiyyəti vurğulanıb.

QHT.az xəbər verir ki, 137 ölkədən 1000-dən çox QHT-nin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın nəticəsində Qlobal Cənub QHT Platformasının yaradılmasının zamanı çatdığı elan olunub. Xarici iştirakçılar bu platformaya Azərbaycanın ev sahibliyi etməsini təklif ediblər. Toplantının sonunda Koalisiyanın Qlobal Cənub QHT Platformasına çevrilməsi barədə razılıq əldə olunub.

Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli bildirib ki, aprelin 28-29-da Bakıda platformanın təsis konfransı keçiriləcək. Tədbir Azərbaycanın qlobal təşəbbüslərinin davamı və vətəndaş cəmiyyəti üçün əlamətdar hadisə olacaq.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı