Xəbərlər 17.04.2025 15:44 91

Hazırda dünyada hemofiliyalı xəstələrin sayı 400 mindən çoxdur

Aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.

QHT.az xəbər verir ki, "Azpetrol"un mətbuat xidmətindən verilən məlumata görə, aparılan bəzi hesablamalara görə, hazırda dünyada hemofiliyalı xəstələrin sayı 400 mindən çoxdur. Son vaxtlara qədər çox nadir hallarda bu xəstəlikdən əziyyət çəkən uşaqlara yetkin yaşına qədər yaşamaq nəsib olurdu. Hazırda müalicə edilmədən yaşayan hemofiliya xəstələrinin orta ömrü təxminən 30 il təşkil edir, 12 yaşında isə əlil olaraq əsa və ya təkərli arabalarla hərəkət edirlər. Hazırda mütəxəssislərin ixtiyarında xəstələrin yaşayış keyfiyyətini yaxşılaşdırmağa və ömrü uzatmaq üçün innovativ müalicə üsulları var. Dərman müalicəsinin tətbiqi sayəsində həmin xəstələrin ömrü sağlam insanlarınkından fərqlənmir.

Hazırda Azərbaycanda hemofiliyalı xəstələrin sayı 1750 nəfərdən çoxdur, onlardan 500-dən çoxu uşaqlardır. 2006-cı ildən indiyə qədər ölkəmizdə hemofiliya xəstələri dövlətin qayğısı nəticəsində dərman preparatları ilə təmin olunurlar. 2005-ci ildə Dövlət Proqramı qəbul olunandan və 2006-cı ildən dərman preparatları gətiriləndən sonra bu xəstəlikdən ölüm halları minimuma enib.

2020-ci ilin ortalarına qədər ölkəmizdə hemofiliya xəstələrinin yeganə müalicə yeri paytaxtda idi, regionlarda onun müalicəsi mümkün deyildi. 2020-ci ilin ortalarından beynəlxalq təcrübəyə uyğun olaraq dərman preparatlarının regional qan banklarına çatdırılmasına başlanılıb. Hazırda dövlət tərəfindən dərman preparatları regionlara göndərilir və xəstələr onlara yaxın olan qan bankından dərman preparatını əldə edə bilirlər.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı