Hüquq və İnsan Haqları İnstitutundan 2024 media statistikası
Hüquq və İnsan Haqları İnstitutunun 2024-cü il üzrə media və sosial şəbəkə fəaliyyəti ilə bağlı statistik göstəricilər açıqlanıb.
QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutu 2024-cü il ərzində media və sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı statistik məlumatları ictimaiyyətə təqdim edib. Paylaşılan rəqəmlər institutun informasiya və ictimaiyyətlə əlaqələr sahəsində aktiv fəaliyyət göstərdiyini bir daha sübut edir.
Açıqlanan göstəricilərə əsasən:
- 158 informasiya mənbəsi institutun fəaliyyəti ilə bağlı məlumat və xəbərlər paylaşıb;
- 391 paylaşımda institut haqqında məlumat və xəbərlər yer alıb;
- Paylaşılan materialların ümumi baxış sayı 347 124 təşkil edib;
- Sosial şəbəkələrdə ümumilikdə 715 post yayımlanıb.
Pərvanə Fərhadqızı