Pərvanə Vəliyeva: “Sosial maarifləndirmə də həyat qurtarıcı ola bilər”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Pərvanə Vəliyeva 17 aprel Dünya Hemofiliya Günü münasibətilə təşkil olunan xüsusi tədbirdə çıxışı zamanı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirərək bu fikirləri bildirib:
“Assosiasiya uzun illərdir dayanmadan işlər görür, xəstələrə dəstək çox önəmlidir. Müalicə müddəti ərzində dərmanlar var, ailə qayğısı var, ancaq cəmiyyət tərəfdən də xəstəliyə qarşı fərqindəliyin olması, maarifləndirmənin olması çox önəmlidir. Çünki o insanlar da cəmiyyətimizin bir parçasıdır. Erkən aşkarlanma, diaqnozun vaxtında qoyulması çox önəmlidir. Sosial maarifləndirmə də həyat qurtarıcı ola bilər. Sizi təbrik edirəm. Uğurlar arzulayıram.”
Millət vəkili çıxışında hemofiliyalı şəxslərə dəstəyin yalnız tibbi deyil, eyni zamanda sosial və mənəvi aspektdən də davamlı şəkildə göstərilməsinin vacibliyini vurğulayıb.
Pərvanə Fərhadqızı