Xəbərlər 18.04.2025 08:26 90

Ramil İskəndərli: “Pasiyent təşkilatları səhiyyə sahəsində şəffaflığa və hüquqların qorunmasına töhfə verir”

17 aprel – Dünya Hemofiliya Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli pasiyent təşkilatlarının cəmiyyət və səhiyyə sistemi üçün strateji rolunu vurğulayıb.

O bildirib ki, pasiyent təşkilatlarının fəaliyyəti əsasən üç mühüm istiqamətdə özünü göstərir:

“Pasiyent təşkilatlarının rolu əsasən üç istiqamətdədir. Birincisi, səhiyyə xidmətlərinin inkişafı və keyfiyyətinin artırılması, bu sahədə əlçatanlığın təmin olunması üçün dövlət orqanlarına təklif və tövsiyələrin verilməsidir. İkincisi, pasiyentlərin hüquqlarının qorunması və müdafiəsidir. Üçüncüsü isə səhiyyə sahəsində şəffaflığın və ictimai iştirakçılığın artırılmasına töhfə verməkdir.”

Ramil İskəndərli qeyd edib ki, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz vəzifələrini uğurla yerinə yetirir və həm pasiyentlərin, həm də səhiyyə sisteminin inkişafına real dəstək verirlər. Sədr əlavə edib ki, pasiyent hüquqları sahəsində ictimai nəzarətin genişləndirilməsi, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi də QHT-lərin üzərinə düşən vacib vəzifələrdəndir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı