Sabirabad 1 saylı Mediasiya Təşkilatı görüş keçirib - FOTOLAR
Bu gün Sabirabad 1 saylı Mediasiya Təşkilatı təşkilatçılığı ilə Sabirabad rayon Qasımbəyli kənd tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov, Sabirabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasının üzvü Nazim Soltanov və Sabirabad Rayon Ailə və Uşaqlara Dəstək Mərkəzinin rəhbəri Şamama Ədilova iştirak edib.
Görüş zamanı Musa Ramazanov iştirakçılara ailə mübahisələri zamanı mediasiyanın effektiv həlli, ailə münasibətlərinin uşaqlara təsiri və uşaqların hüquqları barədə məlumat verib.