Xəbərlər 09.04.2025 17:52 170

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB-nin şəhid ailələri ilə görüşüb - FOTOLAR

Bu gün "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi (İB) növbəti görüşünü keçirdi.

Quba Şahdağ Truskavets sanatoriya mərkəzində keçirilən görüşdə, Göyçay, Şəki, Abşeron, Bakı, Quba, Səlyan və Qusar rayonlarından gələn şəhid ailələri və qazilər iştirak etdilər. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB-nin Sədri Tünzalə Abduləlimova görüşdə iştirak edən şəhid ailələrinin mənəvi dəstəklənməsi və onların problemlərinə qulaq asılması məqsədini vurğuladı: "Bu cür görüşlər şəhid ailələrinə böyük dəstəkdir. Onların dərdlərinə şərik olmaq və problemlərinə həssas yanaşmaq bizə böyük məsuliyyət verir."

Həmçinin Tünzalə Abduləlimova Şahdağ Truskavets sanatoriya mərkəzinin rəhbərliyi ilə birlikdə, şəhid ailələrinin reabilitasiyası və müalicələrinə böyük dəstək verdiklərini söylədi: "Bu mərkəz artıq neçə illərdir şəhid və qazi ailələrinin müalicə və reabilitasiyasına yardım edir. Həmçinin, problemlərinin operativ şəkildə həll edilməsi istiqamətində birgə işlər görürük."

Quba Şahdağ Truskavets sanatoriya mərkəzi, şəhid və qazi ailələrinə göstərdiyi qayğı ilə fərqlənir və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB ilə birgə fəaliyyətlərini davam etdirir. Bu əməkdaşlıq, şəhid ailələrinin və qazilərin həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı