Xəbərlər 09.04.2025 16:16 166

WhatsApp-ı niyə təcili yeniləmək lazımdır?

Təhlükəli boşluq aşkarlanıb.

QHT.az xəbər verir ki, Windows üçün WhatsApp-ın 2.2450.6 versiyasından aşağı quruluşlarında CVE-2025-30401 adlı təhlükəli boşluq müəyyən edilib. Problem əlavələrin düzgün tanınmaması ilə bağlıdır – zərərli proqram .jpg kimi görünsə də, əslində .exe faylı ola bilər.

İstifadəçi bu cür faylı açarsa:

  • Casus proqramlar quraşdırıla bilər

  • Məlumatlar oğurlana bilər

  • Kompüter tam nəzarət altına alına bilər

 

Kim risk altındadır?

Windows əməliyyat sistemində WhatsApp-ın köhnə versiyasından istifadə edən hər kəs, xüsusilə də avtomatik yeniləməni aktiv etməyənlər.

 

Necə qorunmalı?

  • WhatsApp-ı 2.2450.6 və ya daha yüksək versiyaya yeniləyin

  • Tanımadığınız şəxslərdən gələn əlavələri açmayın

  • Yenilənməni Microsoft Store və ya rəsmi sayt vasitəsilə edin


WhatsApp ümumiyyətlə təhlükəsiz hesab olunsa da, bu boşluq göstərir ki, vaxtında yeniləmələr etməmək ciddi risk yarada bilər. Hakerlər artıq bu boşluqdan istifadə etməyə başlayıblar. Yeniləmə sadəcə tövsiyə deyil, zəruridir. Cihazınızı və şəxsi məlumatlarınızı qorumaq üçün messenceri dərhal yeniləyin.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı