Xəbərlər 08.05.2025 14:14 67

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun dördüncü işçi qrupunun toplantısı keçirilib - AÇIQLAMA / VİDEO

Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunan beş qrupdan biri olan dördüncü işçi qrupunun növbəti toplantısı keçirilib.

QHT.az xəbər verir ki, toplantıda Azərbaycanı təmsil edən və Azərbaycan Milli Platformasında dördüncü işçi qrupunun koordinatoru olan Vüsalə Hüseynli iştirak edib. Çıxışı zamanı Vüsalə Hüseynli Şərq Tərəfdaşlığı və Qonşuluq Siyasətində təmsil olunan ölkələrdəki yenilikləri bölüşüb. O, Azərbaycanda gənclər üçün yaradılmış imkanlar, eləcə də 2022–2028-ci illəri əhatə edən “Gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” barədə ətraflı məlumat verib:

"2024–2025-ci akademik ili üçün Azərbaycan Respublikasından xarici ölkələrə 125 bakalavr və 375 magistr pilləsi üzrə tələbə təhsil almağa göndərilib".

Həmçinin Vüsalə Hüseynli Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu müsabiqənin finalçıları üçün Nazirlər Kabinetinin üzvləri tərəfindən mentorluq proqramı həyata keçirilir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı