Xəbərlər 15.04.2025 11:25 150

AYNA-nın taksi islahatı niyə alınmır? – QHT sədri danışdı / VİDEO

Baku TV-nin efirində yayımlanan "Baku Aktual" verilişində aparıcı Elçin Əlibəylinin gündəmə gətirdiyi "AYNA-nın taksi islahatı niyə alınmır?" sualına nəqliyyat eksperti, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli geniş cavab verib.

QHT sədrinin sözlərinə görə, sərnişindaşıma xidmətinin təşkili ilə bağlı öhdəliklər dövlətə məxsus olsa da, bu xidmətin icrası birbaşa olaraq fərdlər və taksi sürücüləri tərəfindən həyata keçirilir:

"İslahat deyəndə biz yenilik və xidmətin keyfiyyətinin yüksəldilməsini nəzərdə tutmalıyıq. Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yalnız müəyyən dövlət rüsumlarının artırılması və tətbiqi ilə bağlı qərarlar qəbul etdi. Bu qərarlar isə qanunvericilikdə edilən dəyişikliklər fonunda həyata keçirildi. Xüsusilə Prezidentin 18 avqust 2023-cü il tarixli sərəncamı ilə taksi xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər baş verdi."

Lakin İlqar Hüseynlinin fikrincə, həyata keçirilən addımlar gözlənilən nəticəni verməyib:

"İyul ayının 1-dən yeni qaydalar qüvvəyə minməsinə baxmayaraq, taksi xidmətinin keyfiyyətində hər hansı bir ciddi dəyişiklik müşahidə olunmur. Sadəcə olaraq, rüsumların artırılması ilə kifayətlənilib."

Ekspert bildirib ki, islahatlar yalnız inzibati tədbirlərlə deyil, həm də xidmət keyfiyyətinin artırılması, sürücülərin təlimi və ictimai nəqliyyat mədəniyyətinin inkişafı istiqamətində kompleks yanaşmalarla həyata keçirilməlidir.

Daha ətraflı videoda:

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı