Xəbərlər 08.05.2025 11:25 23

Şimali Koreya Yapon dənizinə doğru çoxsaylı ballistik raketlər buraxır

Şimali Koreya Yapon dənizinə doğru, ehtimal ki, qısa mənzilli bir neçə ballistik raket atıb.

QHT.az xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri məlumat yayıb. "Biz yaxın mənzilli ballistik raketlər olduğu qiymətləndirilən bir neçə mərmi aşkarladıq, onlar saat 08:10 radələrində Vonsan bölgəsindən Yapon dənizinə doğru atılıb", - agentlik komitədən sitat gətirib. Əvvəlcə Seul başqa təfərrüatlar təqdim etmədən ballistik raketin buraxılması barədə məlumat verdi.

"Silahlı qüvvələrimiz əlavə buraxılışlar zamanı nəzarəti artırıb. Biz ABŞ və Yaponiya ilə "Şimali Koreyanın ballistik raketləri" haqqında məlumat mübadiləsi aparırıq və tam hazır vəziyyətdə saxlayırıq", - Koreya Respublikasının hərbçiləri əlavə edib.

 

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı