Bölgələrdə 30 günərzi qayğı mərkəzi yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında ölkəmizin bölgələrində 30 günərzi qayğı mərkəzi yaradılıb.
Sumqayıt, Mingəçevir və Naftalan şəhərlərində və Abşeron, Cəlilabad, Ağdaş, Xaçmaz, Ağstafa, Yardımlı, Masallı, Samux, Goranboy, Lənkəran, Bərdə, Şəmkir, Zaqatala, Quba, Şəki, Ucar, Göyçay, Sabirabad, Şirvan, Hacıqabul, Astara, Ağsu, İsmayıllı, Qəbələ, Tovuz, Qax, Beyləqan, rayonlarında fəaliyyət başlayan günərzi mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji dəstəklə təminatı həyata keçirilir.
Ümumilikdə 900 uşağın bu mərkəzlərin xidmətləri ilə əhatə olunması, müxtəlif dərnəklər vasitəsi ilə onlarda özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün də işlər aparılması nəzərdə tutulub.
Günərzi qayğı mərkəzlərinin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsinə yönəlib.