Xəbərlər 09.05.2025 10:30 49

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

6 il əvvəl, 2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə 161 xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan verib.

Artıq Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi, Şuşa DOST filialı, Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi açılıb.

 

DOST mərkəzlərində ötən dövrdə artıq 3,5 milyondan çox vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu  98,5 faizdir.

DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir. Bu il Naxçıvan şəhərində də Regional DOST Mərkəzi açılacaq. Həmçinin Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.

 

Azərbaycanın yeni brendi olan DOST modeli beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə 60-dan çox beynəlxalq mükafat, o cümlədən 10-dan çox “Avropa üçün yaxşı təcrübə mükafatı”na layiq görülüb.

Eyni zamanda, DOST mərkəzləri “Aİ Biznes Mühiti Hesabatı 2021”-də Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib,  DOST xidmətləri modeli BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınıb. DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərən ölkələrin sayı da getdikcə artır.

 

 “Könüllü DOST” proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır. Proqramda ötən dövrdə 6 mindən çox könüllü iştirak edib.

 

 

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı