Dünyanın ilk robot pişiyi Çində yaradılıb
Bu pişik oyuncaqlar və hətta digər real heyvanlarla oynaya bilir.
QHT.az xəbər verir ki, Elephant Robotics şirkətinin MarsCat adlı bionik pişiyi, dünyanın ilk robotlaşdırılmış ev heyvanıdır. Tamamilə avtonom olan MarsCat, heç bir təlimat tələb etmədən yerimək, qaçmaq, yatmaq və hətta zibil basdırmaq kimi hərəkətləri təqlid edə bilir. Robot pişik insanlarla ünsiyyət qurur, jestlər və miyovlarla emosiyalar ifadə edir, toxunuşlara reaksiya verir, səsləri eşidir və üzləri tanıyır. O, oyuncaqlar və hətta real pişiklərlə oynaya bilər. MarsCat sahibinin davranışına uyğun şəxsiyyət inkişaf etdirir, əmr və oyunlarda iştirak edir.
Elephant Robotics-in sözlərinə görə, MarsCat, ev heyvanı kimi yoldaşlıq üçün bazarda böyük ehtiyac olduğunu göstərir.
R.İmanov