Xəbərlər 08.07.2025 16:24 76

QHT istehlakçıların maarifləndirilməsinə dair layihənin icrasının ilkin mərhələsini başlayıb - FOTOLAR

“Azad İstehlakçılar”İctimayi Birliyi(AİİB) istehlakçıların maarifləndirılməsinə dair  layihənin icrasının ilkın mərhələsini başlamışdır.

QHT.az xəbər verir ki, bu barədə təşkilatın sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, “Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə - icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasının ilkin mərhələsi başlanmışdır!  Öncə məlumat verildiyi kimi Laihə Beyləqan( Dünyamallar, Kəbirli, Yuxarı Aran qəsəbəsi, Şəfəq qəsəbəsi;) və Tərtər (Buruc, Gülabadlı, Kəbirli, Qaradağl kəndləri) rayonlarının hər birinin 4 kəndində tullantıların idarə edilməsində bələdiyyə - icma əsaslı modelin tətbiq edilməsi ilə daha təmiz və davamlı ətraf mühit yaradılmasında bacarıqların inkişaf etdirilməsi,  yerli bələdiyyələrin və icma üzvlərinin tullantıların düzgün idarə olunması sahəsində bilik və bacarıqlarını artırmaq, onların birgə fəaliyyətini təşviq etməklə ətraf mühitin mühafizəsinə töhfə verməyə fokuslanmışdır.Hədəf qruplarının seçılməsındə aşağıdakı göstəeicilər nəzərə alınmışdır:

a.   İlkin mərhələdə 8 hədəf icmanın hər birində 12 nəfər aktiv icma və bələdiyyə üzvlərindən ibarət təşəbbüs qrupları yaradılır. Liderlik və təşəbbüskarlıq bacarıqları olan maraqlı şəxslər (icmanın problemlərinə həssas yanaşan və dəyişikliklərə təşəbbüs göstərə bilən);

b.   İcma ilə yaxınlıq əlaqələri (yerli əhali ilə güclü əlaqələri olan şəxslər);

c.   Təcrübə və bilik səviyyəsi (ekoliji problemlər sahəsində məlumatı olan şəxslər və sair);   

d.   Məsuliyyət və nüfuz;

e.   Müxtəliflik və təmsilçilik (qadınlar, gənclər, yaşlılar və həssas qruplar);

f.    Ekoloji maariflənmə ehtiyacı;

g.   Resursların idarə olunması bacarığı; 

Davamlılıq prinsipi (tullantıların davamlı idarə edilməsinə töhfə vermə ;

Təşəbbüs qruplarının hər birinə “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında “3R” prinsipi tətbiqinin əhəmiyyəti” və “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara  üstünlük verilməsi” mövzularında 3 günlük təlim keçiriləcəkdir.

Başlanğıc olaraq, 07 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar icmasında təşəbbüs qrupunun təşkili yığıncağı keçirilmişdir. Yığıncaqda 20 nəfər icma üzvü iştirak etmişdir.

Layihənin Donoru, məqsədi barədə təlimçi Xəlil Süleymanov ətraflı məlumat vermiş və iştirakçılar layihəni bəyənərək qrupda təmsil olunmaq istəklərini bildirmişlər. 12 nəfər ictimai aktiv və fərdi sahibkarlardan ibarək təşəbbüs qrupu yaradılmışdır. Təşəbbüs qrupu ilə təlimlərin vaxtı razılaşdırılmışdır.

Analoji tədbir, 08 iyul 2025-ci il tarixdə Tərtər rayonunun Buruc icmasında təşəbbüs qrupunun təşkili  ilə bağlı keçirilmişdir. Yığıncaqda 18 nəfər icma üzvü iştirak etmişdir. Layihənin Donoru, məqsədi barədə təlimçi Nizami Musayev ətraflı məlumat vermiş və iştirakçılar layihənibəyənərək qrupda təmsil olunmaq istəklərini bildirmişlər. 15 nəfər ictimai aktiv və fərdi sahibkarlar və bələdiyyə üzvündən  ibarət təşəbbüs qrupu yaradılmışdır. Təşəbbüs qrupu ilə təlimlərin vaxtı razılaşdırılmışdır.

Qrupa “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında “3R” prinsipi tətbiqinin əhəmiyyəti” və “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara  üstünlük verilməsi” mövzularında 3 günlük təlim keçiriləcəkdir.

Təlim iştirakçılarına “Təmiz və sağlam gələcək üçün birlikdə” mövzusunda buklet paylanılacaqdır. Təlimlərtdən çəkiləcək foto və videolar sosial şəbəkələrdə təşviq ediləcəkdir.

Layihə müddətində əldə olunan nəticələrin digər bölgələrdə də tətbiqi üçün tövsiyələr hazırlanacaq.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı