İlqar Hüseynli: "İnanıram ki, QHT.az 2025-ci ildə yeni uğurlara imza atacaq"
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli 2024-cü il ərzində QHT.az saytı ilə təşkilatının əməkdaşlığını yüksək qiymətləndirib. O, saytın Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin tanıdılmasında və inkişafında mühüm rol oynadığını qeyd edib.
QHT.az xəbər verir ki, İlqar Hüseynli, həmçinin, 2025-ci ildə QHT.az saytının fəaliyyət imkanlarının daha da genişlənəcəyini, Azərbaycan QHT-lərinin fəaliyyətini dəstəkləyən iri layihələrin həyata keçiriləcəyini vurğulayıb. O, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlarına və QHT.az saytının kollektivinə təbriklərini çatdıraraq, 2025-ci il üçün yeni yaradıcı uğurlar və əməkdaşlıq imkanları arzulayıb.
"2025-ci il bizim üçün daha da maraqlı imkanlar və əməkdaşlıq üçün çox vacib əhəmiyyətli il olacaq. Hər birinizə uğurlar arzulayıram", - İlqar Hüseynli bildirib.
Pərvanə Fərhadqızı