Xəbərlər 16.07.2024 14:23 3186

Bu gün qəhrəman "Tovuz" döyüşləri şəhidimiz Nazim İsmayılovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nazim İsmayılov 2020-ci il iyulun 16-da Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər  verir ki, Nazim İsmayılov 7 oktyabr 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. O, 2 Şəhidimiz həmin gün doğulduğu Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində dəfn olunub.

Nazim İsmayılov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı