Xəbərlər 06.05.2025 15:09 98

Qubada yeniyetmə və gənclər arasında şəhidlərimizin qəhrəmanlıqları təbliğ olunacaq

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “2025-ci il Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsində zəfərimizin 5 illiyinə həsr olunmuş “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihənin icrasına başlayır.

QHT.az xəbər verir ki, layihənin məqsədi Vətən müharibəsinin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarının təbliği, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, görkəmli şəxsiyyətlərinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Üç ay davam edəcək layihə çərçivəsində Quba rayonunun Aspərəsti, Vəlvələ, Pirvahid, Dağlı, Ağbil, Aşağı Tüləkəran kəndlərində həmin ərazilərə yaxın olan kənd və qəsəbələrdə yaşayan və təhsil alan yeniyetmə və gənclərin, gənc müəllimlərin iştirakı ilə intellektual oyunların keçirilməsi nəzərdə tutulub.

Layihə Quba rayonunun ümumilikdə 45 kənd və qəsəbəsində yaşayan və təhsil alan 225 nəfəri əhatə edəcəkdir.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı