Xəbərlər 05.05.2025 20:18 95

Masallı RİH başçısı bu dəfə də fərqləndi

Masallı RİH başçısı bu dəfə də fərqləndi

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ənənəsinə sadiq qalaraq bu il də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2025”ə yarış iştirakçısı kimi qatılıb.
Mayın 4-də, 28 minədək Azərbaycan və digər ölkə vətəndaşının iştirak etdiyi marafonun start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olub. 
Masallı RİH başçısı Araz Əhmədov 21 kilometrlik marafonu 1 saat 55 dəqiqəyə başa vurub. Digər həmyerlimiz, uroloq-androloq Ağa Ağazadə həmin məsafəni 2 saat 13 dəqiqəyə qət edib. Hər iki marafonçu təşkilat komitəsinin medalları ilə təltif olunub.
Ağa deyir ki, ötən ilki marafonda Araz müəllim məni 3 dəqiqə qabaqlamışdısa, bu dəfə 18 dəqiqə önə çıxdı. Bu möhtəşəm rəqəmdir. Axı, o, məndən 22 yaş böyükdür. 
Qeyd edim ki, general-mayor rütbəli Dövlət Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı Araz Əhmədov Birinci Qarabağ, “Suqovuşanın azad olunmasına görə” medallı Ağa Ağazadə isə 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
Əlavə edim ki, Araz Əhmədov rəhbərlik etdiyi Masallı rayonunda da idmanın inkişafına, sağlam yaşam tərzinin təbliğinə yönəlik layihələrə dəstək olur, marafonlarda iştirak edir. 
 
Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı