Xəbərlər 11.07.2024 18:34 4654

İlqar Hüseynli: "Əməkdaşlıq imkanları daim açıqdır, saytın fəaliyyətini, peşəkarlığını yüksək dəyərləndirirəm"

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli:

"Bu gün QHT.az saytının doqquz yaşı tamam olur. Bu münasibətlə saytın kollektivini, onun rəhbərini hörmətli Cəsarət müəllim Hüseynzadə Sizi təbrik edirəm, uğurlar arzulayıram.

Sözsüz ki, QHT layihələrinin işıqlandırılması istiqamətində, ümumiyyətlə, vətəndaş cəmiyyətinin Azərbaycan ictimai fikrinə çatdırılmasında QHT.az saytının xüsusi rolu var. Əməkdaşlıq imkanları daim açıqdır və bu baxımdan saytın fəaliyyətini, peşəkarlığını yüksək dəyərləndirirəm. Mən hesab edirəm ki, bu saytın gələcəkdə daha da təkmilləşməsi, daha da genişlənməsi, daha da böyük bir çevrilməsi hər birimizin istəyinə uyğundur. Hər bir qeyri hökumət təşkilatının maraqlarındadır. Bu mənada mən də rəhbərlik elədiyim Sosial Strateji Tədqiqatlar Analitik Araşdırmalar İctimai Birliyinin kollektivi adından QHT.az saytının doqquz yaşını təbrik edirəm. Bol uğurlar arzulayıram və əminəm ki, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində yorulmadan daimi çalışacaqsınız".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı