Xəbərlər 01.05.2025 14:16 86

Əmək və məşğulluq sahəsində islahatlar prosesində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə fəal əməkdaşlıq həyata keçirilir

Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər sosial sahədə aparılan ardıcıl islahatlar prosesində sosial tərəfdaşlıq müstəvisində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə fəal əməkdaşlıq həyata keçirilir.

 

Bu barədə AHİK-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib. Nazir AHİK tərəfindən  həyata keçirilən islahatları və yenilikləri, icra olunan layihələri yüksək qiymətləndirib.

O, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu qeyd edib.

 

AHİK sədri Sahib Məmmədov sağlam və təhlükəsiz iş şəraitinin tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində görülən kompleks tədbirləri diqqətə çatdırıb. Həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr barədə məlumat verilib.

 

Görüşdə əmək və məşğulluq sahəsində Nazirlik və AHİK arasında əməkdaşlıq gündəliyinə, görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı