Xəbərlər 25.05.2024 13:47 3016

4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında

7-ci Zona Fənn Olimpiadasının qalibləri mükafatlandırılıb

 

13 aprel 2024-cü il tarixdə Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən olimpiadanın nəticələrinə əsasən, 4 Masallı məktəblisi mükafatçılar sırasında yer alıb. Masallı şəhər İ.Əsgərli adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Əsədullayev fizika fənni üzrə birinci, Lürən kənd F.Şükürov adına tam orta məktəbin IX sinif şagirdi Rəvan Rzalı fizika fənni üzrə, Bədəlan kənd tam orta məktəbin XI sinif şagirdi Fəridə Şükürlü coğrafiya fənni üzrə ikinci, Sığdaş kənd tam orta məktəbin XI sinif şagirdi Humay İbrahimova fizika fənni üzrə üçüncü yerə layiq görülərək, diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Məlumat üçün bildirək ki, ənənəvi zona olimpiadasında Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri fizika, riyaziyyat, kimya, biologiya, informatika və coğrafiya fənləri üzrə biliklərini sınayıblar.

 

Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı