“Arşın mal alan” tamaşası – Masallı səhnəsində
“Arşın mal alan” tamaşası – Masallı səhnəsində
Masallı rayon Heydər Əliyev Mərkəzinin səhnəsində “Arşın mal alan” tamaşası nümayiş etdirilib.
Üzeyir Hacıbəyovun anadan olmasının 140 illik yubileyi münasibətilə nümayiş etdirilən tamaşa öncəsi Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova tamaşa haqqında məlumat verib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov teatrın kollektivinə təşəkkür edərək, 15 may – Beynəlxalq Ailə Günündə tamaşanın nümayiş etdirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.