Xəbərlər 28.03.2024 09:08 1341

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Bu gün 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb.

 

QHT.az “Report”un yerli bürosuna istinadən  xəbər verir ki, səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

 

Öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər. Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.

 

Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.

 

Qeyd edək ki, ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı