Xəbərlər 10.07.2025 10:11 38

"Aprel" şəhidimiz Rahim Tağıyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Rahim Qara oğlu Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olub.

QHT.az xəbər verir ki, orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanıb və 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilib. Məktəbi tankçı ixtisası ilə bitirdikdən sonra hərbi hissədə vəzifəsinə başlayaraq tank komandiri vəzifəsinə qədər yüksəlib. Qüsursuz xidməti dövründə hərbi komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilib. O, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində başlanan şiddətli döyüşlər zamanı Talış kəndi istiqamətində ağır yaralanaraq Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev koma vəziyyətindən 3 ay 7 gün sonra, 10 iyul 2016-cı il tarixində müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.

Rahim Tağıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı