QHT “Əlilliyi olan uşaqlarla iş” layihəsini davam etdirir - FOTOLAR
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Qələbə səlnaməli bir ildə ölkəmizdə çoxlu layihə və tədbirlər həyata keçirilir.
QHT.az xəbər verir ki, ”Konstitusiya və Suverenlik İli” çərçivəsində “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maaliyyə dəstəyi ilə “Əlilliyi olan uşaqlarla iş” layihəsini davam etdirir. Layihədə uşaqlara psixoloq tərəfindən təlimlər keçirilir. Müxtəlif diaqnozlardan (autizm, daun, əqli gerilik, davranış pozuntusu, mikrosefaliya, serebral iflic və s.) olan uşaqlara psixoloji dəstək göstərilir. Keçirilən məşğələlərdə hər bir uşağa uyğun müxtəlif metodlardan istifadə olunur. Bu metodlar vasitəsi ilə hədəfə çatmaq üçün uşaqların nitqi, yaddaşı, diqqət və koordinasiyası, sosial bacarıqları, kiçik motor bacarıqları, özünümüdafiə bacarıqları və s. inkişaf etdirilir. Psixoloq tərəfindən təlimlər zamanı istifadə olunan metodikalar və geniş yaradıcılıq bacarığının olması uşaqlarda irəliləyişin olmasına təkan verir.Psixoloq tərəfindən hər təlimdən sonra valideynlərə tövsiyələr verilir. Uşaqlardakı davranış pozuntusunu aradan qaldırmaq üçün valideynlərə evdə sensor sakitləşdirici zonanın yaradılması, mükafatlandırma metodikası,sakit və ardıcıl yanaşma tövsiyə olunur. Əlilliyi olan uşaqlar cəmiyyətimizin bir üzvüdür. Bu uşaqlar istər evdə,istər də cəmiyyətdə daim qayğı və sevgi ilə əhatə olunmalıdırlar.