QHT sədrindən işğaldan azad olunmuş ərazilərdəki bərpa və məşğulluq prosesləri ilə bağlı AÇIQLAMA
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov QHT.az-a verdiyi eksklüziv açıqlamada işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və köç proseslərinə dair məlumat verib.
QHT sədri bildirib ki, son dövrlərdə Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərinə böyük köç baş verib və Laçın rayonunun Bəylik kəndinin əhalisi doğma yurdlarına geri dönüb. “Xocalı rayonunun bərpa edilmiş kəndlərinə tezliklə əhali köçürüləcək. Cəbrayıl şəhərinin əhalisi tədricən köçürülür. Kəlbəcər şəhərinin sakinlərinin köç prosesinə başlanılıb”, – deyə o əlavə edib.
Eyni zamanda Anar Xəlilov dövlət tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında həyata keçirilən püşkatma prosesinə diqqət çəkib:
""Yaxın zamanlarda Xankəndi şəhəri, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazilərinə yeni köçlər gözlənilir. Bərpa ilə yanaşı, ictimai iaşə obyektləri və digər infrastrukturlar yaradılır ki, bu da əhalinin məşğulluğunun artırılması istiqamətində görülən işlərdəndir. Digər layihələrin yaradılması istiqamətində də işlər gedir. Tədricən məşğulluğun təmin edilməsi öz həllini tapmaqdadır. Bura kənd təsərrüfatı məhsullarının istehsalı da aiddir. Xankəndində Özbəkistan-Azərbaycan birgə tekstil fabrikin işə salınması əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində çox mühüm addımdır. Ağdamda Sənaye Parkının yaradılması, Şuşada turizm obyektlərinin istifadəyə verilməsi, Laçında müxtəlif sahələrə aid müəssisələrin yaradılması və s. əhalinin məşğulluğunun təmin edilməsinə və inteqrasiyasına hesablanmış addımlardandır".
Ardı var...
Pərvanə Fərhadqızı
QHT.az