Xəbərlər 10.07.2025 17:04 164

"İnternet tanışlıqları cinayətkar dəstələrə qapı aça bilər" - QHT sədri

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, hüquqşünas Gülayə Səfərova internetdəki evlənmə agentlikləri və saytları vasitəsilə tanış olan insanların təhlükələrinə diqqət çəkib.

O, xəbərdarlıq edir ki, tanımadığınız şəxslərlə telefon və ya internet üzərindən ünsiyyət qurmaq, heç vaxt tamamilə etibar edilə bilən bir əlaqə yaratmır:

"Həmin insanın cinayətkar dəstənin üzvü olmaq ehtimalı çox yüksəkdir. Sizin dostunuz sadəcə, siz onun ölkəsinin sərhəddini keçənə qədər çox mehriban və diqqətli ola bilər. Ehtimal oluna bilər ki, “dostunuz” vasitəçi rolunu yerinə yetirərək, sizi insan alveri ilə məşğul olan dəstəyə təhvil verə bilər. Sizə belə “dost” lazımdırmı?"

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı