Xəbərlər 10.07.2025 21:30 94

Azərbaycanlı mediatorlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib

Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikelin dəvəti ilə iki ölkənin mediasiya qurumları arasında əməkdaşlığın qurulması, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə 9-12 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

QHT.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası Mediasiya Şurasını Şuranın İntizam Komissiyasının üzvü, mediator Venera Əsgərova və mediator Rəsul Əliyev təmsil edib.

Səfər çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində qəbul ediləcək Mediasiya haqqında Qanunun müzakirəsi keçirilib, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa edilmiş əlavə və dəyişikliklər nəzərdən keçirilərək Azərbaycan təcrübəsi nümunə kimi təqdim olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı