Qubada şəhid və qazi ailələri üçün qurama sənəti üzrə master-klass keçirildi - FOTOLAR
Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin (AMİSS) təşəbbüsü ilə Quba rayonunda yerləşən Loqos Psixoloji və Nitq Mərkəzinin dəstəyi ilə şəhid və qazi ailələri üçün qurama sənəti üzrə master-klass keçirilib.
QHT.az xəbər verir ki, Master-klass çərçivəsində Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin İdarə Heyətinin üzvü, gənc modelyer-dizayner Nigar Atakişizadə və qurama sənəti üzrə usta Səbirə Qarayeva iştirak edərək ailələrlə birlikdə çalışıb, onlara əl işləri hazırlamaqda kömək ediblər. İştirakçılar milli sənət nümunələri əsasında müxtəlif yaradıcılıq işləri hazırlayıblar.Tədbir nəticəsində ərsəyə gələn əl işləri şəhid və qazi ailələrinin nümayəndələrinə təqdim olunmuşdur. Tədbir çərçivəsində Sara Xatun İctimai Birliyinin rəhbəri Pərvanə Mustafayeva, AMİSS İB-nin İdarə Heyətinin üzvü Leyla Musayeva ,Beynəlxalq Qadın Klubunun rəhbəri Cəmilə Hüseynova və AMİSS İB-nin idarə heyətinin üzvü Rəşidə Atakişiyeva iştirak ediblər. Onlar tədbirə öz dəstəklərini ifadə etmiş və bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulamışlar. Bu kimi dəyərli təşəbbüsün reallaşmasına verdiyi dəstəyə və iştirakına görə “Vətən naminə” İctimai Birliyinin rəhbərinə təşəkkürümüzü bildiririk.