Xəbərlər 10.07.2025 18:13 32

QHT-nin “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi başa çatıb - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi başa çatıb. Layihə çərçivəsində iştirakçılarla yekun görüş keçirilib.

QHT.az xəbər verir ki, layihə iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov gəncləri salamlayaraq layihəni uğurla bitirən iştirakçıları təbrik edib. O, regionlarda gənclərin maariflənməsi istiqamətində keçirilən layihələrdən bəhs edərək Neftçala rayonunda keçirilən liderlik məktəbinin əhəmiyyətini vurğulayıb.

Sonra “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Adilə Əliyeva Abdullayeva layihənin məqsədi barədə məlumat verərək təlimlərdə öyrədilən fərdi və komanda daxilində liderlik prinsiplərinin, strateji idarəetmə, motivasiya, problemlərin həlli, yaradıcı düşüncə kimi əsas liderlik bacarıqlarının gənclərin karyerasında rolunu qeyd edib. Tədbirin təşkilində göstərdiyi diqqət və dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinə “Regional İnkişaf” İctimai Birliyi adından təşəkkür edilib.

Tədbirin sonunda uğurlu nəticə göstərən bütün iştirakçılara sertifikat təqdim olunub, xatirə şəkli çəkilib.

Qeyd edək ki, layihənin məqsədi Neftçala gənclərinin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq idi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı