DGK-dan vətəndaşlara xəbərdarlıq
Dövlət Gömrük Komitəsi (DGK) son zamanlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlara xəbərdarlıq edib.
QHT. az Axar.az -a istinadən xəbərlığın mətnini təqdim edir:
“DGK rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır. Son zamanlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlarımıza kiber dələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edirik”.