Xəbərlər 28.11.2023 16:55 1616

Şəhid Təbriz Alməmmədovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Təbriz Letman oğlu Alməmmədov 1995-ci il noyabrın 28-də Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərə qatılıb və noyabrın 7-də bu istiqamətdəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Təbriz Alməmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı