Xəbərlər 01.05.2025 14:40 111

Şəhid və qazi xanımlarına psixoloji dəstək layihəsi başlayır - FOTOLAR

2025-ci il mayın 1-dən etibarən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi” tərəfindən həyata keçirilən “Qazi və Şəhid Xanımlarına Psixoloji Dəstək” layihəsinə start verilir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi – Vətən Müharibəsi qazilərinin həyat yoldaşları və şəhidlərin xanımlarına psixoloji dayaq olmaq, onların sosial adaptasiyasını gücləndirmək, emosional yükünü azaltmaq və psixoloji sağlamlığını bərpa etməyə yönəlmiş sistemli dəstək mexanizmi yaratmaqdır.
Layihənin müddəti:


    •    1 may – 31 may 2025: Hazırlıq mərhələsi (mütəxəssislərin seçimi, iştirakçıların müəyyənləşdirilməsi, proqramların hazırlanması)

  •    1 iyun – 15 iyul 2025: Aktiv fəaliyyət mərhələsi
  •    3 fərqli qrup üzrə qrup terapiyaları keçiriləcək
  •    2 mövzu üzrə təlimlər təşkil olunacaq
  •    15 iyul – 31 iyul 2025: Hesabat və qiymətləndirmə mərhələsi


Faydalana biləcək iştirakçı sayı:

Layihə çərçivəsində ümumilikdə 50 xanım – şəhidlərin xanımları və qazilərin həyat yoldaşları – pulsuz psixoloji dəstək alacaq.
Psixoloji dəstək sessiyaları peşəkar psixoloqlar və terapevtlər tərəfindən aparılacaq, müasir psixoloji yanaşmalara əsaslanacaq və iştirakçıların ehtiyaclarına uyğun şəkildə təşkil ediləcək.


Layihənin ictimai əhəmiyyəti:

Bu təşəbbüs şəhid və qazi ailələrinin qadın üzvlərinin psixoloji rifahının gücləndirilməsinə, sosial həyata aktiv inteqrasiyasına və psixoloji dəstək mexanizmlərinin cəmiyyətə tanıdılmasına xidmət edir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı