Hakerlər Windows noutbuklarının barmaq izi skanerlərini necə sındırırlar?
Windows Hello autentifikasiyası üçün istifadə edilən barmaq izi skanerlərində ciddi boşluqlar aşkar edib. Bu boşluqlar təcavüzkarlar tərəfindən təhlükəsizlik sistemlərindən yan keçmək və Dell, Lenovo və Microsoft kimi böyük istehsalçıların noutbuklarına icazəsiz giriş əldə etmək üçün istifadə oluna bilər.
QHT.az xəbər verir ki, tədqiqatçılar qrupu Goodix, Synaptics və ELAN-dan geniş istifadə olunan üç barmaq izi sensorunu təhlil ediblər. Bu cihazlar noutbuklara inteqrasiya olunub. Təcavüzkarlar biometrik məlumatları saxtalaşdırmaq üçün xüsusi USB qurğusundan istifadə ediblər ki, bu da noutbukların təhlükəsizliyinin uğurla sındırılmasına səbəb olub.
Nə etməli?
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu zəiflikləri aradan qaldırmaq Microsoft və aparat istehsalçıları tərəfindən birgə səy tələb edəcək. Bu arada istifadəçilərə əlavə təhlükəsizlik vasitələrindən istifadə etmək və proqram təminatını mütəmadi olaraq yeniləmək kimi ehtiyat tədbirləri görmələri tövsiyə olunur.
R.İmanov