"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" devizi altında seminar keçirilib - FOTOLAR
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Quba rayon komitəsi tərəfindən 28 aprel "Ümumdünya Əməyin Mühafizəsi günü" ilə əlaqədar Quba şəhər A. Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb liseyin akt zalında "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" devizi altında ilk həmkarlar təşkilatının sədrləri və dəvət olunan qonaqlarla birgə seminar keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Quba 1 saylı MT-nın rəhbəri Hümmət Əliyev, Quba-Xaçmaz RTİ-nin ilk təşkilat sədri Səadət Hüseynova, Quba rayon məktəb direktorları Lalə Bədəlova, Dilbər Bağırova, Gülnarə Niftəliyeva, ATİAHİ Quba rayonun komitəsinin ilk təşkilat sədrləri iştirak edib. Tədbirdə Əməyin Mühafizəsi tədbirlərinin təşkili prosesinin düzgün təşkilinə diqqət ayrılmasının vacibliyi qeyd olunub, maraqlı fikir mübadiləsi aparılıb və müasir dövrümüzdə rəqəmsallaşmanın və süni intellektin inkişafının iş yerlərinə mənfi və müsbət təsirləri izah edilib.
Tədbirin sonunda Quba 1 saylı mediasiya təşkilatının rəhbəri Hümmət Əliyevə fəal iştirakına görə ATİAHİ Quba rayon komitəsi tərəfindən təşəkkürnamə təqdim edilib.