Xəbərlər 29.04.2025 11:15 53

Qısa fiziki fəaliyyət ürək xəstəliyi riskini azaldır

Gündə 3 dəqiqəlik hərəkət ürək xəstəliklərindən qoruyur.

QHT.az xəbər verir ki, Sidney Universitetinin alimləri müəyyən edib ki, gündə cəmi üç dəqiqə orta intensivlikli fiziki fəaliyyət yaşlılarda infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini azaldır. Təxminən 62 yaşlı 24 000 nəfər üzərində aparılan tədqiqatda göstərilib ki, gündəlik işlər – məsələn, təmizlik, alış-veriş, bağçılıq – sağlamlıq üçün faydalıdır və onları “təsadüfi fiziki fəaliyyət” adlandırmaq olar. Akselerometr cihazları vasitəsilə insanların hərəkət səviyyələri izlənilib və nəticədə məlum olub ki, fəaliyyətin müddəti və intensivliyi artdıqca sağlamlığa müsbət təsir də artır. Araşdırma həmçinin qadınların bu cür gündəlik fəaliyyətlə kişilərə nisbətən daha çox məşğul olduğunu göstərib.

Alimlər vurğulayır ki, gündəlik hərəkətlilik yaşlılarda ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynaya bilər.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı