Xəbərlər 22.09.2023 10:44 3131

Şəhidin qardaşı antiterror əməliyyatı zamanı şəhid oldu

Vətən müharibəsi şəhidi gizir Famil Həsənzadənin qardaşı gizir Şamil Həsənzadə Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, qardaşların döyüş yolu eyni vaxtda başlayıb. 2014-cü ildən bir hərbi hissədə xidmət ediblər. Gizirlik kursuna da birlikdə gediblər, başa çatdırıb gələndən sonra döyüş yolları da eyni olub. Füzuli istiqamətində başlayıb, Füzulidən düz Şuşaya qədər birlikdə döyüşüblər. Sonra gizir Həsənzadə Famil Şiraslan oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik və mərdlik göstərərək 08.11.2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Famil Həsənzadə Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qarabağ uğrunda şəhid olan iki qardaşın ruhları şad olsun! Allah rəhmət eləsin!

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı