QHT.az xarici mediaya istinadən bildirir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) təşkilatçılığı ilə Cenevrədə keçirilən Yaşlı insanların hüquqlarına dair Hökumətlərarası İşçi Qrupunun ilk sessiyası 17 iyul tarixində yekunlaşıb. Sessiyada çoxsaylı beynəlxalq və milli qeyri-hökumət təşkilatları iştirak edərək yaşlı insanların hüquqlarının daha effektiv qorunmasına dair təkliflərini təqdim ediblər.
QHT nümayəndələri yaşlı şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması, sosial müdafiənin gücləndirilməsi, səhiyyə xidmətlərinə bərabər çıxışın təmin edilməsi və beynəlxalq hüquqi mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar.
Sessiyanın sonunda vətəndaş cəmiyyəti təşkilatları dövlətləri yaşlı insanların hüquqlarının müdafiəsini gücləndirəcək yeni beynəlxalq hüquqi sənədin hazırlanması istiqamətində əməkdaşlığı davam etdirməyə çağırıblar.






