İsveç və İsveçrədə fəaliyyət göstərən enerji texnologiyaları şirkəti "Hitachi Energy" və Braziliyaya məxsus elektriklə işləyən "uçan avtomobil" istehsal edən şirkəti "Eve Air Mobility" elektriklə işləyən “uçan avtomobil” (eVTOL) üçün enerji və şarj infrastrukturunu birlikdə hazırlayacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu, Eve şirkətinin uçan avtomobilləri üçün şarj infrastrukturu sahəsində imzaladığı ilk əməkdaşlıq sazişidir. Layihə çərçivəsində Hitachi Energy öz enerji doldurma texnologiyasını bu nəqliyyat vasitələrinə uyğunlaşdıracaq.

Eve rəsmiləri bildiriblər ki, etibarlı enerji infrastrukturu olmadan uçan avtomobillərin istifadəsi mümkün deyil.

Hazırda Eve-nin hazırladığı uçan avtomobillər sınaq mərhələsindədir. Şirkət onların 2028-ci ildə istifadəyə verilməsini planlaşdırır və indiyədək dünya üzrə 2 700-dən çox ilkin sifariş alıb.