Netflix 2026-cı ilin üçüncü rübü üçün 12,86 milyard dollar gəlir və hər səhm üzrə 82 sent mənfəət proqnozlaşdırıb. Bu göstəricilər analitiklərin gözləntilərindən aşağı olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, maliyyə proqnozunun açıqlanmasından sonra şirkətin səhmləri birjadan sonrakı ticarətdə 8,6 faiz ucuzlaşıb.

Netflix bildirib ki, 2027-ci ilin yanvarından etibarən izlənmə saatları ilə bağlı hesabatları ildə iki dəfə deyil, yalnız bir dəfə dərc edəcək və diqqəti əsas maliyyə göstəricilərinə yönəldəcək.

Şirkət reklam biznesi, canlı yayımlar və video oyunlar kimi yeni istiqamətlərlə gəlirlərini artırmağa çalışır. Netflix həmçinin ilin sonuna qədər reklam gəlirlərinin 3 milyard dollara çatacağını və generativ süni intellektdən artıq 300-ə yaxın film və serial layihəsində istifadə olunduğunu açıqlayıb.