Çinin optik avadanlıq istehsalçısı "Zhongji Innolight" Honq-Konq Fond Birjasında listinq üçün təsdiq alıb. Bu qərar şirkəti böyük səhm satışına bir addım da yaxınlaşdırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət süni intellekt məlumat mərkəzlərində istifadə olunan optik modullar istehsal edir və Honq-Konqda keçiriləcək səhm satışı ilə 7 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.
Bu baş tutarsa, Zhongji Innolight-ın səhm satışı 2026-cı ildə Honq-Konqda keçirilən ən böyük IPO olacaq.
LSEG-in məlumatına görə, 2026-cı ildə indiyədək Honq-Konqda yeni listinqlər vasitəsilə 33,8 milyard dollar vəsait toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur.






