Qusarda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransın II panel sessiyasında "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" barədə müzakirələr aparılıb.
QHT.az xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini, Əməkdar jurnalist Vüqar Zifəroğlunun moderatorluğu ilə keçirilən panelin məruzəçiləri Teleradio Akademiyasının rektoru Almaz Mahmud, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Amin” verilişinin aparıcısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Müşfiq Ötgün və Diksiya Akademiyasının direktoru, natiqlik üzrə təlimçi Cəlalə Nəzəroğlu olub.






