Qaliblər müəyyənləşib
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun və “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənclər arasında təbliği, onların azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsi, intellektual oyunların daha geniş gənclər kütləsi arasında keçirilməsinə imkan yaratmaq, onların vaxtlarının səmərəli təşkilidir.
Gərgin mübarizə şəraitində keçən yarışların yekununda qalib komandalar diplom və hədiyyələr təqdim olunub.
Akif AĞAYEV












