Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilməsi, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlərin verilməsi nəzərdə tutulur.
QHT.az xəbər verir ki, tədbir 10 oktyabr 2023-cü il tarixdə, saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq. Oktyabrın 12-də Bakı şəhər 12 saylı Vəkil Bürosu tərəfindən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında, Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən Gəncə şəhəri, Cavadxan küçəsi, 53 ünvanında və oktyabrın 14-ü saat 11:00-da isə Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosu tərəfindən Qəbələ Mədəniyyət Evində ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.
Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.
Pərvanə Fərhadqızı












