“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qəbələ raynunda “Erkən nikahla bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı gənclərə təlim keçirib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Tədbiri giriş sözü ilə açan Qəbələ rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva erkən nikahla bağlı təlimlərin regionlarda keçirilməsinin vacibliyin qeyd edib. Təşkilatın sədri Samirə Mustafayeva əsasən bölgələrdə yaşayan aztəminatlı ailələrdə olan gənc qızların erkən nikaha daxil olmasına qarşı təbliğatın aparılmasını özündə cəmləşdirən maarifləndirmə işinin təşkilini, problemin nisbətən təhsilsiz insanlara çatdırıması üçün real və vizual üsullardan istifadə etməklə problemin mahiyətini anlatmaq və fəsadlarını izah etmək təşəbbüsü ilə çıxış edib.
Layihə üzrə təlimçi Nailə İsmayılova qeyd edib ki, Qəbələ rayonunda keçirilən növbəti təlimdə iştirak edən yeniyetmə gənclər diskusiya zamanı aktivlik göstərərək erkən nikaha qarşı olduqlarını kəskin şəkildə bildirdilər: “Onlar öz yaxın ətraflarında belə halların baş verdiyi haqda məlumatlı olduğlarından bəhs etdilər. Hətta erkən evliliklərin sonunun boşanmayla nəticələnməsi həmyerli olaraq onlarda təəssüf hissi doğurduğunu etiraf etdilər. Təlimçinin “bəs siz niyə bu barədə öncədən müvafiq qurumlara müraciət etməmisiniz?” sualına “anonimliyin qorunmayacağından ehtiyat etdik” cavabı qənaətbəxş deyildi. Bunun səbəbi insanların bu halda atacaqları addımla bağlı məlumatsızlıqlarında və qanunlarımızı bilməməklərində görürəm. Məhz buna görə də o, iştirakçılara qanunlarımızı öyrənməyi, yeri gələndə müvafiq dövlət qurumlarının, əsasən də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (012) 860 qaynar xəttinə zəng etməyi, eyni zamanda bildikləri, tanıdıqları QHT-larına müraciət etmələrini tövsiyyə edirəm”.
Daha sonra tədbirdə Qəbələ rayon 1 saylı tam orta məktəbin direktoru Məhəbbət Rüstəmova gənclərə öz tövsiyələrini verib.
Pərvanə Fərhadqızı



















