Oktyabrın 5-də İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi “İlkin investisiya layihəsinin hazırlanması” mövzusunda treyninq keçirib.

Birlikdən QHT.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Birliyin layihə rəhbəri Qafqaz Qəhrəmanlı açıb. Daha sonra Birliyin sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat verib, investisiya layihəsinin yazılması qaydası barədə mühazirə oxuyub. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılıb. Sonra layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı layihə formasının smeta (büdcə) hissəsi mövzusu üzrə çıxış edib və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləyib.

20-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar və yeni iş qurmaq istəyən təşəbbüskarlar iştirak edib. Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə tərəfindən icra olunan “Mikro və Kiçik Sahibkarlığın (MKS) Investisiya Təminatı üçün İnnovativ Biznes Konsepsiyasının Yazılması” adlı layihə çərçivəsində reallaşıb. Bu təlimlər Mingəçevir, Oğuz, Gədəbəy və İmişli şəhərlərində də keçirilib.

 

 

Pərvanə Fərhadqızı