"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqların cəmiyyət üçün önəmi haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"1 İyun Uşaqların Beynəlxalq Günüdür. Uşaqlar dünyanın ən saf gülüşü, gələcəyin ən böyük ümididir. Bu gün bütün uşaqların sevgi, qayğı və xoşbəxtlik içində böyüməsi üçün bir daha düşünmək və onları sevindirmək günüdür.
Bu əlamətdar gündə şəhid ailələrinin övladlarını xüsusi ehtiramla yad edirik. Onlar yalnız ailələrinin deyil, bütün xalqın əmanətidir. Atalarının və ya yaxınlarının göstərdiyi qəhrəmanlıq onların qürur mənbəyidir və bu xalq hər zaman onların yanında olmağa davam edəcək.
Arzumuz budur ki, bütün uşaqlar — xüsusilə şəhid övladları — sevgi ilə əhatə olunsun, arzularına çatsın, güclü, savadlı və xoşbəxt böyüsünlər.
Əziz uşaqlar, gülüşünüz daim üzünüzdən əskik olmasın. Bayramınız mübarək!"












