“Təmas” Regional İnkişaf İctimai Birliyinin icraçı direktoru Kübra Ələkbərova, QHT.az-a açıqlamasında şəxsi istirahətə vaxt ayırmağın nə qədər çətin olduğunu vurğulayıb. O, xüsusilə layihələrin icrası zamanı məsuliyyətin, əməkdaşların işlərinə nəzarətin və hesabatlılığın çox çətin olduğunu bildirib.
Kübra Ələkbərova qeyd edib ki, tədbirlərlə bağlı müəyyən razılaşmaların olmasının insanların fiziki vəziyyətinə güclü təsir göstərdiyini deyib. Yay aylarında insanların işdən ayrılmaq istədiklərini, lakin iş yükünün bitmədiyini vurğulayıb. O, "tutaq ki, 2 günlük harasa getdin, işlə bağlı zəng olur, problem çözmək üçün əlaqə saxlanılmalıdır"- deyə əlavə edib.
K.Ələkbərova, QHT idarə olunmasının çətin olduğunu, iş saatlarının olmadığını, yəni 9-da başlayıb, 6-da çıxmaq kimi bir sistemin mövcud olmadığını bildirib. Stabil iş qrafikinin olmaması həm təşkilat rəhbərlərinin, həm sığınacaq əməkdaşlarının emosional yorğunluğa gətirilməsinə, mental, fiziki yüklənməsinə, əlavə çətinliklər yaratmasına səbəb olur.
O həmçinin qeyd edib ki, sığınacaq əməkdaşları həssas qrupla işlədiyinə görə, bu psixoloji olaraq emosional yanma hallarına gətirib çıxara bilir. Bununla bağlı təşkilat əməkdaşların fiziki və mental sağlamlıqlarının qorunması üçün supervayzer xidmətlərinə müraciət etmək niyyətindədir. Bunula bağlı layihələr icra etmək niyyətindədir.
Pərvanə Fərhadqızı
QHT.az












