TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU

 

 

Bütün tender iştirakçılarına                                                                                      01.10.2020

 

 

Kimdən: «Yerli İdarəetməyə Yardım»  İctimai Birliyi

Layihə adı: “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi”

Layihə nömrəsi: ENİ/2017/387-267

 

Tenderin adı: Qısamüddətli peşə təlimi proqramı üçün nəzərdə tutulmuş ``Mebel quraşdırıcısı, Avtoelektrik, Sistem administratorluğu, SMM, Satış təmsilçisi, Anbardar, Aşpaz köməkçisi, Barama yetişdirilməsi, Çağrı mərkəzi operatoru, Satıcı-kassir, Manikür/pedikür, Baytar texniki`` ixtisasları üzrə modul və tədris materiallarının hazırlanması

 

Hörmətli tender iştirakçısı,

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində Qısamüddətli peşə təlimi proqramı üçün nəzərdə tutulmuş ``Mebel quraşdırıcısı, Avtoelektrik, Sistem administratorluğu, SMM, Satış təmsilçisi, Anbardar, Aşpaz köməkçisi, Barama yetişdirilməsi, Çağrı mərkəzi operatoru, Satıcı-kassir, Manikür/pedikür, Baytar texniki`` ixtisasları üzrə modul və tədris materiallarının hazırlanması xidmətlərini satın almaq niyyətindədir. Bununla əlaqədar olaraq Sizi əlavədə qeyd olunan Texniki Tapşırığa dair təklifinizi verməyə dəvət edirik. 

Qiymət təklifi imzalanmış və möhürlənmiş qaydada qapalı zərfdə 23.10.2020-ci il, saat 18:00-dək Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20/79 ünvanına təqdim olunmalıdır. Təklif iki zərfdən ibarət olmalıdır. 

 

Birinci zərfdə Texniki Təklif öz əksini tapmalıdır və aşağıdakı sənədləri əhatə etməlidir:

1)  Konsepsiya sənədi (məzmuna yanaşma, metodologiya, fəaliyyət planı) 

2)  İddiaçının CV-si, oxşar təcrübə/portfolio 

3)  VÖEN və bank rekvizitləri

4)  Əlaqə məlumatları

 

İkinci zərfə qanunvericiliklə nəzərdə tutulmuş vergi və digər xərclər nəzərə alınmaqla Qiymət Təklifi daxil edilməlidir. 

Hər iki zərfin üzərində ayrı ayrılıqda aydın şəkildə adları göstərilməlidir.

 

Qiymətləndirmə ballarının 70%-i təklifin texniki göstəricilərini və 30%-i isə maliyyə əsaslandırılmasını əhatə edir. Qiymətləndirmə Əlavə I. Texniki Tapşırığa daxil edilmiş Qiymətləndirmə Cədvəli əsasında aparılacaq və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur. 

Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) ilə əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqında cavab göndərilməyəcəkdir. 

 

Əlavələr: 

Əlavə I. Texniki tapşırıq  - TOR 

 

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 21 Oktyabr 2020-ci ilədək elektron poçt vasitəsilə Vüsal Mirzəyevə ([email protected]) müraciət edə bilərsiniz. Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 21 Oktyabr 2020-ci il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır. 

 

 

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin 

Tender Komissiyası